"Təzyiq olmadan meydana çıxacağıq" - Maksim Medvedev

Sayta qoyulub: 21:06 04.12.2017 (119 dəfə oxunub)

"Qarabağ"ın futbolçusu Maksim Medvedev  Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəsi keçirilən mətbuat konfransında iştirak edib. O, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Rəqibi tanıyırıq. Təzyiq olmadan meydana çıxacağıq. Bu oyundan sonra "Roma"nın taleyi aydın olacaq.
 
 
- Böyük oyuna ciddi itkilərlə çıxacaqsınız...
 
- 2 təcrübəli müdafiəçi olmayacaq. Amma onları əvəzləyəcək futbolçular var. "Roma" ilə hər zaman belə oyunlara çıxmırıq.
 
- Sənə təkliflər gəlib?
 
- 5 ildir Avropa səviyyəsində oynayır, təcrübə toplayırıq. Başabaş mübarizə aparırıqsa, hər bir futbolçumuz xaricdə oynaya bilər. Bizi skautlar izləyirlər. Təkliflərin gəlməsi normaldır.

- Karyeran boyu "Qarabağ"da oynamısan. Rəşad Sadıqovun mahiyyəti nədir?
 
- Çalışacağam ki, mən də bütün komanda yoldaşlarıma dəstək olum. Onun futbolçularla davranışlarını təkrarlamağa çalışacağam.

 

 

"Təzyiq olmadan meydana çıxacağıq" - Maksim Medvedev

 

qol.az

XƏBƏR LENTİ