Roma Realın futbolçusuna göz dikib

Sayta qoyulub: 14:05 04.12.2017 (306 dəfə oxunub)

Realın yarımmüdafiəçisi Dani Sebalyos karyerasını İtaliyada davam etdirə bilər.

 

İspan futbolçunun transferi üzərində Roma düşünür. Klubun idman direktoru Ramon Monçi Daninin pərəstişkarıdır.Məhz bu səbəbdən də onu qışda transfer etmək niyyətindədir.

 

Xatırladaq ki, Real Sebalyosu yayda Betisdən almışdı. Lakin futbolçu cəmi 3 dəfə əsas heyətdə meydana çıxıb.

 

Roma Realın futbolçusuna göz dikib

XƏBƏR LENTİ