Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Keşlə"nin qapıçısı: "Hamımız həmin hadisənin təsirindəyik"

Sayta qoyulub: 14:02 04.12.2017 (39 dəfə oxunub)

"Keşlə"nin qapıçısı: "Hamımız həmin hadisənin təsirindəyik"

 

“Keşlə”nin qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqasının XIV turunda “Qəbələ”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra Qol.az saytına müsahibə verib. O, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.


- Çox çətin vəziyyətdəyik. Hazırkı durumdan çıxmağa çalışırıq. “Qəbələ” ilə oyuna da bunun üçün çıxmışdıq. Təəssüf ki, uduzduq. Heç cür alınmır. Bu cür heyətlə gücümüz buna çatır. Yeni oyunçular alınandan sonra yəqin ki, komanda da düzələr.

- Baş verən son hadisələrdən sonra “Qəbələ” ilə oyuna hazırlaşmaq çətin oldu?

- Elə hadisələr baş verir ki... İnanırsınız, komandada hazırda psixoloji durum yaxşı vəziyyətdə deyil. Hamı həmin hadisənin təsirindədir. Necə olacağını bilmirik.

- Məlum olaylardan sonra Nizami Hacıyev və Mirhüseyn Seyidovla danışmısan?

- Əlbəttə, söhbət eləmişik. Mən hələ də olanlara inanmıram. Mümkün deyil. O uşaqları tanıyıram. Hamısı yaxın qardaşlarımızdır. Heç vaxt belə hərəkət etməzlər.

- Səncə, günahları yoxdursa, AFFA niyə hər ikisi haqda belə bir qərar çıxarıb?

- Nə deyim. Bilmirəm. Yəqin ki, yaxın günlərdə hər şeyə aydınlıq gələcək. Yenə deyirəm, mən onların belə bir şey etdiklərinə inanmıram.

- AFFA-ın yaydığı məlumatda araşdırmaların davam edəcəyi, bu işdə günahı olan digər futbolçuların da cəzalanacağı bildirilib. Bu mənada “Keşlə”dən başqa futbolçular da istintaqa çağırılıb, dindirilibmi?

- Hara çağırsalar, hara desələr, gedib danışmağa, izahat verməyə hazıram. Onların heç bir günahı yoxdur. İnanıram ki, tezliklə hər ikisinin günahsız olduğu üzə çıxacaq.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat