Ançelotti İtaliya millisindən imtina etdi

Sayta qoyulub: 14:01 04.12.2017 (109 dəfə oxunub)

“Bavariya”nın sabiq baş məşqçisi Karlo Ançelotti İtaliya millisini çalışdırmaqdan imtina edib.


58 yaşlı mütəxəssis  İtaliya Futbol Federasiyasının təklifini qəbul etməyib. Bu barədə Ançelotti özü İtaliya mıtbuatına açıqlama verib:


“Federasiyadan mənimlə əlaqə saxladılar, söhbət etdik. Bildirdim ki, belə bir təklif almaq mənim üçün şərəfdir. Bu qədər insanın səni İtaliya yığmasında gömək istəməsi qürur verir. Ancaq yığma ilə klubu çalışdırmaq ayrı-ayrı işdir. Mən hər gün işləməyi sevən insanam”.


Xatırladaq ki, K.Ançelotti bu ilin sentyabrında istefaya göndərilib.

 

 

Ançelotti İtaliya millisindən imtina etdi

 

 

 

qol.az

XƏBƏR LENTİ