Borussiya Dortmund Bosu qovmaq fikrində deyil

Sayta qoyulub: 10:20 04.12.2017 (149 dəfə oxunub)

Dortmund Borussiyasının rəhbərliyi hələlik Peter Bosu qovmaq fikrində deyil.

 

«Biz məhz Bosla dəyişiklik əldə etmək istəyirik», – deyə komandanın idman direktoru Mihael Tsork bildirib.

 

Klubun prezidenti Vatske də Bosa dəstək olub: «Əlbəttə ki, Bos öz postunda qalır. Biz bunu müzalirə belə etmirik».

 

Klub rəhbərliyi holland mütəxəssisə vəziyyəti düzəltmək üçün vaxt verib. Qış fasiləsinə qədər komanda qələbə qazanmasa , o an artıq istefa gündəmə gələcək.

 

Borussiya Dortmund Bosu qovmaq fikrində deyil

XƏBƏR LENTİ