Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Rəsmən: L.Stroll da Daytona yarışında çıxış edəcək

Sayta qoyulub: 10:17 04.12.2017 (30 dəfə oxunub)

Biz artıq xəbər vermişdik ki, Ləns Stroll 24 saatlıq Daytona marafonunda start ala bilər və bu gün Williams komandası kanadalı sürücünün əfsanəvi yarışda iştirakını rəsmən təsdiq edib.

F-1.az bildirir ki, Ləns LMP2 sinfində Jackie Chan DCR JOTA komandasında çıxış edəcək, onu sükan arxasında Feliks Rozenkvist, Robin Fryayns və Daniel Xunkadella əvəz edəcəklər.

Ləns Stroll: “Mən Daytonaya mübarizədən həzz almaq və əlbəttə ki, qələbə qazanmaq məqsədi ilə yollanıram. Mən həmişə ən yaxşı və ən rəqabətcil olmağa çalışmışam. Mənim ekipajımda yaxın dostlarım olacaq və mən şadam ki, belə bir mötəbər yarışda start alacam, çünki mən yarışmağı sevirəm. Əminəm ki, 24 saat ərzində biz xoşbəxt anlar yaşayacağıq.

Daytonada uğur ekipaj üzvlərindən asılıdır, F1-dən fərqli olaraq orada yanacaq sərfiyyatı və təkərlərin yeyilməsindən narahat olmayacam. Sadəcə trafikdə gərgin mübarizə olacaq, amma bu mübarizəni sevirəm.

Jackie Chan DCR JOTA komandası barədə ancaq xoş sözlər eşitmişəm, ona görə də onlara qoşulmağı səbirsizliklə gözləyirəm. Mən Williams komandasına təşəkkür edirəm ki, mənim qış fasiləsi zamanı yaxşı yarış formasında qalmaq arzumu başa düşdülər və Daytonada yarışmağıma icazə verdilər”.

Daytona marafonu yanvarın sonuncu həftəsonunda baş tutacaq, yanvarın ilk həftəsonunda isə rəsmi testlər planlaşdırılıb. Xatırladaq ki, Strolldan əvvəl Fernando Alonsonun da Daytonada start alacağı təsdiqlənmişdi…

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat