M.Budkovski aprelin 1-dən Renault-da işə başlayacaq

Sayta qoyulub: 08:23 04.12.2017 (103 dəfə oxunub)

FİA-nın Formula1-də keçmiş texniki nümayəndəsi Martsin Budkovski Avstraliya Qran Prisindən sonra Renault komandasında rəsmən vəzifəsinin icrasına başlayacaq.

F-1.az xatırladır ki, çempionatın digər iştirakçılarının narazılığına məhəl qoymayan Renault komandası iki ay əvvəl polşalı mütəxəssislə müqavilə imzalamışdı. Deyilənlərə görə, nüfuzlu mühəndis aprelin 1-dən komandanın icraçı direktoru postunu tutacaq və şassinin hazırlanması, istehsalı, modernizasiyası ilə bağlı bütün proseslərə nəzarət edəcək.

Komandalar Martsinin FİA-da tutduğu vəzifəni nəzərə alaraq, belə bir keçidin əleyhinə idilər, amma Siril Abitebul FİA-nın da tövsiyəsindən sonra Martsini aprel ayına qədər gözləməyə hazır olduqlarını bildirmişdi. Bu gün isə komanda rəsmən təsdiq edib ki, Budkovski nəinki 

XƏBƏR LENTİ