Klopp Starricin başqa komandaya keçməsinə razılıq verdi

Sayta qoyulub: 07:52 04.12.2017 (144 dəfə oxunub)

Liverpulun əsas heyətinə düşə bilməyən Deniel Starric komandasını dəyişmək fikrindədir.

 

Bu yaxınlarda 28 yaşlı futbolçu ilə söhbətləşən Yurgen Klopp lazımi təklif gələcəyi halda onu başqa komandaya buraxmağa razı olduğunu bildirib.

 

Xatırladaq ki, bir müddət əvvəl futbolçu ilə Milan maraqlanırdı.

 

Bu mövsüm İngiltərə çempionatının 9 oyununda Starric cəmi 2 dəfə fərqlənib.

 

 

XƏBƏR LENTİ