“Barselona”da ciddi itki

Sayta qoyulub: 14:39 03.12.2017 (295 dəfə oxunub)

“Barselona” ciddi itki ilə üzləşib. Kataloniyalıların müdafiəçisi Umtiti uzun müddətə sıradan çıxıb. “Selta” ilə oyunda zədələnən fransalı oyunçunun vəziyyətinə aydınlıq gəlib. Klubdan verilən açıqlamada onun 8 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Qeyd edək ki,  24 yaşlı müdafiəçi bu mövsüm 19 oyunda meydana çıxıb.

XƏBƏR LENTİ