"Roma" - "Qarabağ" matçının hakim təyinatları açıqlandı

Sayta qoyulub: 14:30 03.12.2017 (156 dəfə oxunub)

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Roma"nın qonağı olacaq. Görüşün hakim təyinatları açıqlanıb. "Stadio Olimpiko"da baş tutacaq qarşılaşmanı almaniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Tobias Stilier olacaq. 

 

5 dekabr

Çempionlar Liqası, qrup mərhələsi

 

23:45 "Roma" - "Qarabağ"

Baş hakim: Tobias Stilier

Yan xətt hakimləri: Yan Seydel, Mayk Pikel

Köməkçi hakimlər: Bastian Dankert, Harm Osmers

Dördüncü hakim: Kristian Cittelman

XƏBƏR LENTİ