"Beşiktaş" "Qalatasaray"ı məğlub etdi

Sayta qoyulub: 21:42 02.12.2017 (121 dəfə oxunub)

Türkiyə Superliqasında 14-cü tura start verilib. Turun mərkəzi oyunu İstanbulda keçirilib. Burada "Beşiktaş" "Qalatasaray"ı qəbul edib. Matç "qara qartallar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Beşiktaş" - "Qalatasaray" - 3:0
Qollar:
 Cenk Toun, 46, Duşko Toşiç, 70, Alvaro Neqredo, 90 (3:0)

Bu qələbə ilə "Beşiktaş" "Qalatasaray"la xal fərqini 3-ə endirib.

Qeyd edək ki, turnir cədvəlinə 29 xalla "Qalatasaray" başçılıq edir. "Başakşəhər" 27 xalla 2-ci, "Beşiktaş" 26 xalla 3-cüdür

XƏBƏR LENTİ