Millimizin qapıçısı ikinci dəfə əməliyyat olundu

Sayta qoyulub: 17:02 02.12.2017 (160 dəfə oxunub)

Millimizin qapıçısı ikinci dəfə əməliyyat olundu
 

Azərbaycan milli komandasının və “Zirə” klubunun qapıçısı Anar Nəzirov 1 ay ərzində ikinci dəfə əməliyyat olunub.

Öncə Türkiyədə bıçaq altına girən təcrübəli qolkiperin dizində də problem aşkarlanıb. Anar Bakıya qayıtdıqdan sonra qısa zamanda ikinci dəfə əməliyyat olunub. Futbolçu 25 gündən sonra fərdi məşqlərə başlaya bilər.

Qeyd edək ki, Anarın yoxluğunda “Zirə”də qapını qoruyan Kamal Bayramov eyni zamanda kapitan sarğısını da daşıyır.

XƏBƏR LENTİ