Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Nizami və Mirhüseyn qumara qurban gedib - 400 MİN DOLLARLIQ QAZANC

Sayta qoyulub: 15:40 01.12.2017 (179 dəfə oxunub)

"Keşlə"nin futbolçularının "Neftçi"yə qarşı bilərəkdən oynamadıqlarına dair iddialarla bağlı yeni təfərrüat üzə çıxıb. Oktyabrın 25-də keçirilmiş Topaz Premyer Liqasının XIII turunun görüşünə mütəşəkkil qrup müxtəlif xarici bukmeyker kontorlarından fərqli kombinasiyalar üzrə (üst, qol-qol və "Neftçi"nin qələbəsi) 100 min dollar pul qoyuluşu edib.

 

İddia olunur ki, bunun üçün əvvəlcədən "Keşlə"nin 6 futbolçusunun hər birinə 5000 dollar ödənilib. Lakin həmin oyunçuların adları açıqlanmır. Artıq futboldan ömürlük uzaqlaşdırılan Nizami Hacıyevlə Mirhüseyn Seyidov "Keşlə"də yarımmüdafiəçi mövqeyində çıxış etdiklərindən, prosesə arxa xətt oyunçularının da cəlb olunduqları istisna deyil. Planın baş tutması qarşılığında mütəşəkkil qrup ən azı 400 min dollar qazanc əldə edib.

 

"Keşlə" rəsmiləri isə məsələdən işi "düzüb-qoşan" şəxsin "lazım olsa, bütün komandanı alaram" sözlərini ağzından qaçırmasından sonra duyuq düşüb. Baş məşqçi Ramiz Məmmədov şəxsi təcrübəsinə əsaslanaraq, bilərəkdən oynamayan futbolçuları müəyyənləşdirib. Daha sonra o, mətbuat konfransında "bəzi futbolçular imkanlarından aşağı çıxış etdilər. Onların adlarını desək, bu, böyük partlayışa səbəb olar" açıqlamasını verib.

 

Qeyd edək ki, "Neftçi"-"Keşlə" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1

 

Nizami və Mirhüseyn qumara qurban gedib - 400 MİN DOLLARLIQ QAZANC

 

 

sportnet.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat