İnfantino:"Linekeri diqqətlə izləyəcəyəm"

Sayta qoyulub: 12:52 01.12.2017 (189 dəfə oxunub)

FİFA prezidenti Canni İnfantino püşkatma haqqında gözləntilərini dilə gətirib.

 

«Püşkatmaya bir prezident kimi deyil , həm də bir azarkeş kimi baxacağam. Bilirəm ki , bütün dünyanın diqqəti bizdə olacaq. Mundiala qədər məhz püşkatma haqqında dikussiyalar olacaq. 

 

Harri Linelerin hərəkətlərini diqqətlə izləyəcəyəm. Fikrimcə heç kimin əlində bizdən şübhələnmək üçün əsası olmayacaq. Hər şey əla keçməlidir.

 

Məqsədimiz Rusiyadakı turniri dünya çempionatları tarixinin ən yaxşısı etməkdir. Əminəm ki, belə də olacaq.

 

Rusiya  — Putindən tutmuş könüllülərə qədər — dünya çempionatına unikal hazırlaşır.Bura gələn hər bir kəs razı qalacaq.

 

Dünya çempionatı təkcə futbol deyil , həm də sosial hadisədir. Buraya  1 milyondan arrtıq fanatın gələcəyi gözlənilir», – 

 

 

XƏBƏR LENTİ