Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Futzal millimizin baş məşqçisi: “Bizi çətin sınaq gözləyir”

Sayta qoyulub: 09:02 01.12.2017 (44 dəfə oxunub)

Futzal millimizin baş məşqçisi: “Bizi çətin sınaq gözləyir”

 

Dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində təşkil ediləcək “4 Top Nations” beynəlxal turnirində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silvanın iştirakı ilə bu gün Bakı İdman Sarayında brifinq keçirilib. Da Silva yekun heyəti sabah açıqlayacağını bildirib: 

“Hazırlığa 3 gün əvvəl başlamışıq. Bu az müddətdir, amma turnirə yaxşı hazırlaşmaq üçün səylə çalışırıq. Bilirik ki, bizi çətin sınaq gözləyir. Millinin əksər üzvləri “Araz”ın heyətində yer aldığından işimiz nisbətən yüngüldür.

Məşqlərə 17 futzalçı dəvət edilib, amma turnirə 14 oyunçu ilə yollanacağıq. Səfərə aparacağım oyunçuların adlarını sabah keçirəcəyimiz məşqdən sonra açıqlayacam”.

Braziliyalı mütəxəssis Vitali Borisovun yığmadan kənarda qalmasına da aydınlıq gətirib: 

“Hazırkı heyətdə yer alan futzalçılardan yalnız Vassoura karyerasını ölkə xaricində davam etdirir. Onun yığmanın düşərgəsinə yaxşı vəziyyətdə qoşulduğunu qeyd edə bilərəm. Vitali Borisovun yığmadan kənarda qalması isə onun öz istəyi ilə bağlıdır. Bir neçə gün əvvəl öz klubu ilə UEFA kubokun elit-raundunda çıxış edib, gərgin çempionat oyunları keçirib. Buna görə milliyə çağırılmamasını istəyib.

Turnir çərçivəsində İran, Rusiya və Qazaxıstan kimi güclü rəqiblərlə qarşılaşacağıq. Rusiya dünya çempionatının finalçısı, İran isə bürünc medalçısıdır. Qazaxıstan da mundialda iştirak edib, üstəlik ötən il keçirilən Avropa çempionatında bürün medal qazanıb. Güclü rəqiblərlə oyunlar bizə böyük fayda verəcək”.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat