K.Rəykkönen: “Kubitsa layiq olduğu üçün buradadır”

Sayta qoyulub: 07:32 01.12.2017 (151 dəfə oxunub)

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen Formula1-ə qayıtmaq istəyən Robert Kubitsaya dəstək verib.

F-1.az xatırladır ki, polşalı sürücü Əbu Dabidəki testlərin ilk günündə Williams komandası ilə trasa çıxıb və 100 dövrə vurub.

Kimi Rəykkönen: “Niyə qorxum? Robert özündən və istedadından əmin olmasaydı, trasa çıxmazdı. Buna görə narahat deyiləm. Onu trasda görməsəm də, işlədiyini bilirdim. Robertin adına sevinirəm. Burada olması mükəmməldir.

Fərqli təkərləri test etsək də, bunun təsiri olmayacaq. Çünki gələn il tamamilə yeni bolidlərdə olacağıq. Daha sürətli olsalar da, tərkiblər arasında ciddi fərq yox idi”.

XƏBƏR LENTİ