Ukrayna Radası Dünya çempionatının oyunlarının ölkə ərazisində yayımlanmaması ilə bağlı qərar hazırlayır

Sayta qoyulub: 08:06 21.11.2017 (225 dəfə oxunub)

Ukraynanın Ali Radası ölkənin İctimai Televiziyasına  («UA:Perşiy») Rusiya ərazisində keçirilən istənilən tədbiri işıqlandırmamağa icazə verib.

 

Artıq bununla bağlı Radada xüsusi qanun da müzakirəyə çıxarılıb.

 

Layihədə İctimai Televiziyanın aqressor-dövlətdə keçirilən istənilən tədbiri işıqlandırmamaq hüququna malik olduğu qeyd edilir.

 

Xatırladaq ki, son qərar İctimai Televiziyanın idarə heyəti tərəfindən veriləcək.

 

Bir müddət əvvəl Televiziyanın sədri Zurab Alasaniya hətta istefaya göndərilsə belə dünya çempionatının oyunlarını translyasiya etməyəcəklərini bildirmişdi. 

XƏBƏR LENTİ