Milanın sahibinin başı dərddədir

Sayta qoyulub: 21:14 20.11.2017 (237 dəfə oxunub)

Bu ilin aprelində Silvio Berluskonidən 860 milyon dollara Milan klubunu alan çinli biznesmen Li Yonxon dələduzluqda ittiham edilir. Bu barədə  New York Times qəzeti məlumat verib. Hazırda təhqiqat aparılır. Nəşrin məlumatına görə sənədlərdə adında olmayan faydalı qazıntılar çıxaran şirkətə Li Yonxon faktiki olaraq nəzarət edir. Milanın nümayəndəsi isə Li Yonxonun biznesinin təmiz olduğunu söyləyib.


Xatırladaq ki, Milanı alana qədər Yonxon haqqında demək olar ki, heç nə məlum deyildi. 90-cı illərin əvvəllərində Çində baş verən dələduzluq hadisəsinin iştirakçısı olmuşdu. 2013-cü ildə Li Yonxon  43 milyon avro dəyərində səhmləri satarkən bu gizli saxladığına görə 75 min avro cərimə edilmişdi.2015-ci ildə isə Li Yonxon qurduğu şirkət vasitəsilə dələduzluq yoluyla ölkədən 85 milyard avro çıxarmışdı.


 

Milanın sahibinin başı dərddədir

XƏBƏR LENTİ