"Qrizmannın yanındayam" - Simeone

Sayta qoyulub: 20:51 20.11.2017 (141 dəfə oxunub)

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone futbolçusu Antuan Qrizmannın Madrid derbisində fitə basılmasına münasibət bildirib.


O, bununla bağlı deyib: "Bir insan mənim ailəmin içində olduğu müddətdə ölənə qədər onunlayam. Qrizmann da "Atletiko"nun oyunçusu olmağa davam edənə qədər onun yanındayam. İndiyə kimi belə olmuşam. 50 yaşımdan sonra dəyişməyəcəm. Komandada hər kəs özünü göstərməlidir, təkcə Qrizmann yox".


Qeyd edək ki, bu mövsüm La Liqada 10 oyunda cəmi 2 qol vuran A.Qrizmann "Real"la matçın 76-cı dəqiqəsində Fernando Torreslə əvəzlənib. Fransalı hücumçu meydanı tərk edən zaman azarkeşlər tərəfindən fitə basılıb.

 

 

"Qrizmannın yanındayam" - Simeone

 

 

 

 

qol.az

XƏBƏR LENTİ