Tavekkio:"Venturanı milli komanda üçün Marçello Lippi seçmişdi"

Sayta qoyulub: 20:46 20.11.2017 (126 dəfə oxunub)

İtaliya Futbol Federasiyasının keçmiş prezidenti Karlo Tavekkio Cam Pyero Venturonun milli komandaya necə baş məşqçi təyin edildiyi barədə danışıb.

 

«Mən istefa vermişəm və bu istefa idman deyil , siyasi zəminə malikdir. Son illərdə biz İtaliya Olimpiya Komitəsinə 30 milyon avro köçürmüşük.

 

Dünən komitənin prezidenti milli komandaya baş məşqçini Marçello Lippinin seçdiyini söylədi.

 

Həmişə deyirdim ki, baş məşqçini Tavekkio seçib. İndisə artıq kimin seçdiyindən xəbəriniz var. Gördüz ki, mən deyilmişəm. Mən onun seçimini təsdiqlədiyimə görə cəzalandırıldım», – deyə Tavekkio qeyd edib.

 

Xatırladaq ki, bu gün Tavekkio İtaliya Futbol Federasiyasının prezidenti postundan istafa verib.

 

Tavekkio:"Venturanı milli komanda üçün Marçello Lippi seçmişdi"

XƏBƏR LENTİ