U-17 Gürcüstana qalib gəldi

Sayta qoyulub: 10:11 20.11.2017 (178 dəfə oxunub)

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş təlim-məşq toplanışında ikinci matçda qüvvəsini sınayıb. Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub. Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.  

XƏBƏR LENTİ