"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşdi

Sayta qoyulub: 08:13 20.11.2017 (152 dəfə oxunub)

"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşdi
 

“Səbail”ə məğlubiyyətdən sonra “Kəpəz”in baş məşqçisi postundan istefa verən Şahin Diniyevin əvəzləyicisi artıq müəyyənləşib. Klub hələ bunu rəsmən açıqlamasa da, Azərbaycan futbolunun tanınmış nümayəndələrindən olan Yunis Hüseynovla bütün məsələlər dünən razılaşdırılıb. Hüseynov dünən komandaya rəhbərlik etməyə razılıq verib. Çalışdırıcı ən azından mövsümün sonuna qədər “Kəpəz”ə rəhbərlik edəcək. Qeyd edək ki, futbolçu karyerasının böyük hissəsi “Neftçi”yə bağlı olsa da, Hüseynov Gəncə futbolunun yetirməsidir. Karyerasını məhz Gəncədə bitirən Hüseynov məşqçi kimi “Karvan”, “Standard” və “Xəzər Lənkəran”da çalışıb.  Xatırladaq ki, bu 3 klubun heç biri hazırda fəaliyyət göstərmir. 

XƏBƏR LENTİ