Mourinyonun müqaviləsindəki getmə opsiyasının dəyəri 20 milyon funt imiş

Sayta qoyulub: 10:09 19.11.2017 (185 dəfə oxunub)

Mançester Yunayted Joze Mourinyonu PSG-yə buraxmaq fikrində deyil. 54 yaşlı mütəxəssisin müqaviləsi 2018-ci ilin yayında bitir.

 

Onun müqaviləsində bir mə.şqçi üçün qeyd edilmiş 20 milyon funt sterlinqlik opsiya var.

 

Klub avtomatik olaraq məşqçi ilə sözləşməni daha bir il uzada və ya ona yeni müqavilə təklif edə bilər.

 

Xatırladaq ki, bir müddət əvvəl verilən xəbərə görə MY Mourinyoya dəyəri 65 milyon funt sterlinq olan 5 illik sözləşmə təklif edəcək.


Mourinyonun müqaviləsindəki getmə opsiyasının dəyəri 20 milyon funt imiş

XƏBƏR LENTİ