P.Lou: “Gələn il ən güclü biz ola bilərik”.

Sayta qoyulub: 09:28 19.11.2017 (174 dəfə oxunub)

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, əsas məqsədləri gələn ilin ən sürətli bolidini hazırlamaqdır.

F-1.az xatırladır ki, britaniyalılar son iki mövsümdə yalnız 5-ci ola biliblər.

Pəddi Lou: “2017-ci il bizim üçün gözəl il idi. Çətinliklər yaşasaq da, onları dəf edə bildik. Bu il mənim üçün adaptasiya ili idi. Komandanı tanımaq fürsətim oldu və hamının potensialını gördüm. Komandamız çox güclüdür və gələn il güclü bolid istehsal edə bilərik. Bu layihəyə inanıram və çox işləməliyik. Qış dövrü gərgin olacaq”.

XƏBƏR LENTİ