UEFA-dan Pedro Enrikeyə 2 oyunluq cəza

Sayta qoyulub: 08:53 17.11.2017 (176 dəfə oxunub)

UEFA Çempionlar Liqasının 4-cü turunda səfərdə “Atletiko” ilə matçda qırmızı vərəqə alaraq meydandan qovulan “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrikenin cəzası müəyyənləşib. UEFA İntizam Komitəsi braziliyalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib. Bu o deməkdir ki, Pedro üçün Çempionlar Liqasının qrup mərhələsi başa çatıb. 

XƏBƏR LENTİ