Rauf Əliyev oynadı, "Kukesi" xal itirdi

Sayta qoyulub: 19:08 16.11.2017 (133 dəfə oxunub)

Albaniya çempionatında 10-cu turun oyunları keçirilir. Millimizin sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi "Kukesi" səfərdə "Kamza" ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb. R.Əliyev matçın 64-cü dəqiqəsində meydana çıxıb. Qeyd edək ki, "Kukesi" 19 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Skenderbeu"nun 25 xalı var.

XƏBƏR LENTİ