"Qarabağ"-"Çelsi": Bütün biletlər satıldı

Sayta qoyulub: 12:06 16.11.2017 (207 dəfə oxunub)

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununa bütün biletlər satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O bildirib ki, sözügedən matçda stadionun tam dolacağı gözlənilir.

N.İbrahimov onu da qeyd edib ki, "Çelsi"dən  isə əvvəlcədən gözlənildiyi üçün 2500 deyil, 1500 azarkeş gələcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 22-i Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Londondakı ilk matçda Ağdam klubu 0:6 hesabı ilə uduzub.

XƏBƏR LENTİ