Elnur Cəfərov mətbuatdan qaçdı

Sayta qoyulub: 19:56 14.11.2017 (173 dəfə oxunub)

"Neftçi"nin futbolçuları Anton Krivotsyuk və Elnur Cəfərov Azərbaycan yığmasının heyətində Kosova millisi ilə qolsuz heç-heçə etdikləri 2019-cu il Avropa çempionatının seçmə qrup matçından sonra mətbuatla ünsiyyətdən imtina ediblər. Hər iki gənc oyunçu bunu jurnalistlərə danışmağa qadağa qoyulması ilə əlaqələndiriblər. Lakin onlar qadağanın klub, yoxsa yığma rəhbərliyi tərəfindən gəldiyini açıqlamayıblar.  Qeyd edək ki, Elnur Cəfərov son günlər qalmaqallı davranışları ilə yadda qalıb. Anton Krivotsyuk isə Kosova ilə görüşün 87-ci dəqiqəsində qırmızı vərəqə alıb.

XƏBƏR LENTİ