"Çelsi"nin 120 milyonluq transfer planı

Sayta qoyulub: 13:24 13.11.2017 (342 dəfə oxunub)

"Çelsi" qışda hücum xəttini gücləndirməyi planlaşdırır.


"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan London təmsilçisi "İnter"in hücumçusu Mauro İkardini transfer etmək istəyir.


“Zadəganlar"ın bu keçid üçün 120 milyon avro ödəməyə hazır olduğu bildirilir.


Qeyd edək ki, 24 yaşlı argentinalı futbolçu 2013-cü ildən "İnter"də çıxış edir. İkardi bu mövsüm A Seriyasında keçirdiyi 12 oyunda 11 qol vurub. Onun xidmətində “Arsenal” və “Bavariya” da maraqlıdır.

 

"Çelsi"nin 120 milyonluq transfer planı

 

 

qol.az

XƏBƏR LENTİ