İsveçrə və Xorvatiya dünya çempionatında

Sayta qoyulub: 10:02 13.11.2017 (122 dəfə oxunub)

Bu gün DÇ-2018-in pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Dünən iki matç keçirilib. İsveçrə Şimali İrlandiyanı qəbul edib. Bu komandalar arasında ilk görüşdə İsveçrə 1:0 hesabı ilə qalib gəlib. Cavab matçında qolsuz bərabərlik qeydə alımdığından isveçrəlilər mundiala vəsiqə əldə ediblər.

Digər oyunda Xorvatiya Yunanıstanın qonağı olub. Bu görüşdə də qapılara qol vurulmayıb. Birinci qarşılaşmada 4:1 hesabı ilə qalib gələn Xorvatiya DÇ-2018-ə vəsiqə əldə edib. 


12 noyabr


DÇ-2018 pley-off mərhələsi, cavab oyunları

İsveçrə - Şimali İrlandiya - 0:0
İlk oyun: 1:0

Yunanıstan - Xorvatiya - 0:0
İlk oyun: 1:4

XƏBƏR LENTİ