Rusiya – Argentina oyunundan sonra qalmaqal

Sayta qoyulub: 19:33 12.11.2017 (212 dəfə oxunub)

Rusiya və Argentina komandaları arasında dünən keçirilən yoxlama oyunundan (0:1) sonra onminlərlə azarkeş problemlə üzləşib.

Yeni təmirdən çıxan “Lujniki” stadionunun üst tribunalarında yer alan azarkeşlər matç bitəndən sonra soyuq havada 30-40 dəqiqə yerlərində gözləmək məcburiyyətində qalıblar. Buna stadionun təhlükəsizlik xidmətinin hələlik bilinməyən səbəblərdən onları çölə buraxmaması səbəb olub.

DÇ-2018-in səfiri, jurnalist Dmitri Quberniyev baş verənləri rus donuzu sayağı hərəkət adlandırıb.

“Bu, biabırçılıqdır. Gələn il dünya çempionatını da belə keçirəcəyik?” – deyə o bildirib.
 
Rusiya – Argentina oyunundan sonra qalmaqal

 

 

 

 

qol.az

XƏBƏR LENTİ