Renat Dadaşov millinin düşərgəsini tərk etdi

Sayta qoyulub: 18:43 10.11.2017 (207 dəfə oxunub)

Renat Dadaşov millinin düşərgəsini tərk etdi

 

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. AFFA-nın saytının yaydığı xəbərə görə, Renat Dadaşov Almaniya millisi ilə oyunda zədələndiyi üçün yığma komandadan ayrılıb. Qeyd edək ki,  "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Kosovo matçı noyabrın 14-ü saat 18:00-da başlayacaq.

XƏBƏR LENTİ