Futzal millimiz İranda turnirə qatılacaq

Sayta qoyulub: 12:49 10.11.2017 (128 dəfə oxunub)

Dekabrın 2-də futzal üzrə Azərbaycan milli komandası İranın İsfahan şəhərində start götürəcək “4 Top Nations” ənənəvi beynəlxaq turnirinə qatılacaq. 

AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, 6 gün davam edəcək yarışda İran, Qazaxıstan və Rusiya milliləri də mübarizə aparacaq. 

Azərbaycan yığması dekabrın 3-də İran, dekabrın 4-də Rusiya, dekabrın 6-da isə Qazaxıstanla üz-üzə gələcək. 

XƏBƏR LENTİ