Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Torinonun əzəmətinə son qoyan superqa faciəsi

Sayta qoyulub: 11:21 10.11.2017 (159 dəfə oxunub)

Hər iki saniyədən bir dünyada təyyarə havaya qalxır və ya yerə enir. İl ərzində təxminən 4,5 milyard sərnişin təyyarə vasitəsilə bir ölkədən digərinə səfər edir. Ümumiyyətlə, mülki aviasiya mövcud olduğu 100 il ərzində 150 min insanın ölümünə səbəb olub. Müqayisə üçün avtoqəzalarda hər il milyondan çox adam dünyasını dəyişir. Yəni qəribə səslənsə də, 12 km yüksəklikdə hərəkət etmək daha təhlükəsizdir. Buna baxmayaraq, bu günə qədər 21 idman komandası aviaqəzaya uğrayıb.
<section class="entry" entry="2711" id="section_0" style="-webkit-tap-highlight-color: transparent; box-sizing: border-box;">

 

1949-cu il mayın 4-də Turin şəhərində güclü leysan idi. Hava o dərəcədə soyuq idi ki, “Torino”nun prezidenti Ferruçço Novo ofisində paltoda otururdu. O, dostu və klubun meneceri olan Arnaldo Anyizetteyə paxıllıq edirdi. Axı sonuncu hələ də günəşli Lissabonda idi: bir gün əvvəl “öküzlər” Portuqaliyada keçirilən yoldaşlıq matçında “Benfika” ilə oynadı. Adətən komandanın bütün görüşlərini stadiondan izləyən Novo bu dəfə bronxitə görə evdə qalmağı üstün tutdu. Leysanın sakitləşmədiyini görən prezident qaraja zəng etdi və klub avtobusunun Milana yola düşməsini tapşırdı. Hava düzəlməsə idi, futbolçuları Milandan Turinə avtobusla gətirmək lazım gələcəkdi.

Novo ofisində kofe içib hava limanından zəng gözləyirdi. Bir qədər sonra saat artıq 5-i göstərəcəkdi, ancaq hələ də bir xəbər yox idi. Halbuki təyyarə bir saat əvvəl enməli idi. Ferruçço çox əsəbiydi. “Yəqin ki, futbolçular indi avtobusla Milandan Turinə hərəkət edir, mənə xəbər verməyi isə unudublar” deyə düşünürdü. Birdən zəng səsi eşidildi. Amma bu “Torino”nun son matçında zədələnib Portuqaliyaya yollanmayan Lauro Toma idi. O, yoldaşlıq oyununu buraxdığına görə ayın sonunda hamı qədər maaş alıb-almayacağı ilə maraqlanırdı. Əsəbi Ferruçço Tomaya cavab vermədən dəstəyi yerinə qoydu. Bir neçə saniyə sonra yenə zəng gəldi. Novo futbolçuya sərt cavab verməyə hazırlaşdığı bir vaxt telefonda başqa səs eşidib yerində dondu. Xəbəri eşidəndən dərhal sonra şlyapa ilə çətirini götürüb tez keçəyə qaçdı.

Bundan bir neçə saat əvvəl “Torino”nun fanatı Andrea Bonauti stüardessaya təyyarənin bortuna buraxılması üçün yalvarırdı. Gənc azarkeş “öküzlər”in hər səfər oyununa yollanır və bütün futbolçuların avtoqrafını toplayırdı. Oyunçular da onu yaxşı tanıyırdı. Bonauti uşaqlıqdan “Torino” fanatıydı və komanda hər dəfə çempion olanda göz yaşlarını saxlaya bilmirdi. Andrea hətta bu səfər üçün evdə xəstə həyat yoldaşını tək qoymuşdu. Nəhayət, Anyizette gəncin yalvarışına dözməyib stüardessadan azarkeşi təyyarəyə buraxmağı istədi.

Xoşbəxt Bonauti “Fiat G. 212”-nin bortuna keçdi. Burada kumirləri olan Matsolla, Baçiqalupo, Boncorni, Kastilyan, Opertonu gördü. “Ulduzlar”ın kimiləri qəzet oxuyur və söhbətləşir, kimiləri isə yatırdı. Bəzi futbolçular Andreanı görüb onunla salamlaşdı. Arxa oturacaqlarda üç jurnalist əyləşmişdi. Onlardan ikisi Turinin “Tuttosport” və “La Stampa”, digəri isə Milanın “Gazzetta Sera” qəzetinin müxbiri idi. Bonauti sonuncunu tanımasa da, yanında əyləşdi, çünki qalan 30 yer artıq tutulmuşdu. Onlar dərhal dil tapdı, fanat jurnalistə evə qayıdanda həyat yoldaşının qəzəbinə tuş gələcəyindən şikayətləndi.

Təyyarə problemsiz havaya qalxdı, Bonauti ilə müxbir isə futbolu müzakirə etməyə başladı. “Torino”nun 4-cü çempionluq yolunda cəmi 4 oyunu qalırdı. A seriasında fasilə yarandığından komanda “Benfika” ilə yoldaşlıq matçında qüvvəsini sınamaq qərarına gəldi. İtaliyanın ən yaxşı komandası portuqaliyalılarla görüşdə əzmkar oyunla yadda qalsa da, sonda 3:4 hesabıyla məğlub oldu.

Bonautini yuxudan dinamiklərdən gələn səs oyatdı: “Danışan komandirdir. Barselonanın hava limanında yanacaq ehtiyatımızı artırmaq üçün yerə enirik. Gəzişmək üçün bir saatınız olacaq, sonra isə uçuşumuzu davam etdirəcəyik”. Bir neçə futbolçu, milanlı jurnalist və Andrea havaya çıxdı. Həmin vaxt təyyarənin yaxınlığında “Milan” komandasının üzvləri dayanmışdı. “Rossonyerlər” “Real Madrid”lə səfər oyununa yollanırdı. Bir saat sonra hamı öz təyyarəsinə qayıtdı. Bir gün ərzində iki komandanın “ulduzlar”ını yaxından görən Bonauti özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi.

Novo güclü leysana baxmayaraq, avtomobillə Turinin şəhərkənarına hərəkət edirdi. Artıq hava qaralmışdı. Dumana görə Superqa bazilikasının (adətən dini əhəmiyyəti olmayan, sadəcə toplanma funksiyası daşıyan dini tikililər üçün istifadə olunan memarlıq planı) günbəzləri yaxşı görünmürdü. Ətrafda fənərlərə bənzəyən narıncı işıq zolaqları vardı. Əvvəlcə Novo heç nə başa düşmədi, ancaq bir qədər də yaxınlaşandan sonra yanğınsöndürənlərin kilsənin ətrafındakı sarayda alovu söndürməyə cəhd göstərdiyini anladı. Hisdən qaralmış daş hasarın yanında təyyarənin qırıntıları vardı. Ferruçço avtomobilini saxladı, yanğınsöndürənlərdən nəsə soruşdu və yoluna davam etdi. Amma yol bərbad olduğundan bir qədər sonra yenidən maşını saxladı və piyada getmək qərarına gəldi. Hər yerdə təyyarə qırıntıları vardı. İrəlidə bir qrup yanğınsöndürən hələ də alovu söndürməyə çalışırdı. Tüstü dumana qarışmışdı. Bu an Novo klub təyarrəsinin qırıq-qırıq olmuş füzelyajını gördü.

Növbəti gün qəzetlər aviaqəzanın rəsmi versiyasını yazdı: pilot dumana görə təyyarəni yerə endirməyə çalışsa da, hesablamalarında səhvə yol verdi. Nəticədə təyyarə 672 metr yüksəklikdə yerləşən Superqa təpəsindəki bazilikanın hasarına çırpıldı. Futbolçular, klub rəhbərliyi, jurnalistlər və bir azarkeş daxil olmaqla 31 nəfər həyatını itirdi. Yanğın meyitləri o dərəcədə eybəcər hala salmışdı ki, qohumların tanınma prosesində iştirak etməsinə icazə verilmədi. İki gün sonra İtaliyanın həmin dövrdə ən yaxşı komandası ilə vida mərasimi keçirildi.

Ancaq “Torino” çempionatdakı çıxışını dayandırmadı. Ferruçço Novo “Fiorentina”, “Cenoa”, “Sampdoriya” və “Palermo” ilə oyunlarda əvəzedici heyəti meydana buraxdı. Həmrəylik göstərən rəqib komandalar da eyni addımı atdı və nəticədə “öküzlər” hər 4 matçda qalib gəldi. Futbol tarixində ilk dəfə dünyasını dəyişən 18 futbolçu çempion adını qazandı.

Novo sonrakı illər ərzində “Torino”ya əvvəlki əzəmətini qaytarmağa çalışsa da, istəyinə nail ola bilmədi. Komanda əvvəlcə A seriasında zəif çıxışlarıyla yadda qaldı, daha sonra aşağı diviziona yuvarlandı. Borcları qaytarmaq üçün klubun prezidenti İtaliya futbolunda bir ilkə imza ataraq formanın üzərində “Talmone” şokolad fabrikinin reklamını yerləşdirdi. Amma bunun da xeyri olmadı. Novo 25 il komandanın çempionluğunu gözləsə də, bunu görmədi və 1974-cü ildə dünyasını dəyişdi. Cəmi iki il sonra isə “Torino” tarixində 8-ci və hələlik sonuncu dəfə A seriasının qızıl medallarını qazandı.

 

Torinonun əzəmətinə son qoyan superqa faciəsi

 

bombardir.az

Rəşad Yusifov

</section>

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat