Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Bu milliyə ümid bəsləmək olmaz” - Ağasəlim Mircavadov

Sayta qoyulub: 08:14 10.11.2017 (66 dəfə oxunub)

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Avropa çempionatının seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət yığmamızın Almaniyaya 0:7 hesab ilə məğlub olduğu görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.  o, əvvəlcə oyun barədə fikirlərini açıqlayıb: 

- Bu Almaniya o Almaniya deyil. Bir il bundan əvvəl Yaşar müəllimin rəhbərliyi altında orda oynadılar, 1:3 hesabı ilə məğlub oldular. İndi həmin oyunçuların 80 faizi Almaniyanın əsas komandasında çıxış edir. Almanlar bu gün çox sadə, ağıllı oynadılar. Heç bir təzyiq olmadan qalib gəldilər. Bizim uşaqlar özlərini qiymətləndirmirlər. Bəlkə də özlərindən razıdırlar. Çox çalışmalıdırlar. Topa qarşı pis açılırlar. Rəqib isə çox sadə, düzgün futbol oynayır. Onların qarşısını almaq üçün istək lazım idi. Biz o istəyi görmədik. Əgər mən zəifəmsə, meydançaya niyə çıxıram? Əgər oyuna çıxmışamsa, öz xarakterimi göstərməliyəm. Futbolçu gərək Azərbaycan formasının haqqını versin. Əsas məsələ odur. Hesabın böyük olmağına görə demirəm. Milliyə dəvət alan hər bir futbolçu fikirləşməlidir ki, o, Azərbaycanı qoruyur. Futbolçularda istək olmalıdır. Ürəkdən istəməlidirlər. Mən isə bunu görmürəm. Mübarizə də görmədim. Futbol elə bir oyundu ki, foks deyil. Burda ağıl lazımdır. Onlar çox sadə qollar vurdular. Niyə? Çünki mövqelər çox zəifdir.

- Bəlkə rəqibin adından çəkindilər?

- Mən sizinlə razıyam. Neyləyək, indi Almaniya, İtaliya, İspaniya ilə oynamayaq? Ürəkdən oynamaq lazımdır. Hər bir futbolçu bunu fikirləşməlidir.

- Sizcə, problem futbolçulardadı yoxsa baş məşqçidə?

 - Problem uşaq məktəbindədi. Kökdən gəlir. Yarısından çoxu öz komandalarında forma şansı qazanır. Əslində isə limitə görə oynayırlar. Mən limitin tərəfdarı idim. Futbolçu fikirləşsin ki, o oynayır, inkişaf edir. Kimsə limitə görə əsas heyətdə oynayırsa, bu faciədir.

- Limiti ləğv etmək lazımdır, yoxsa necə…?

- Nə vaxtsa bəlkə edərlər. İndi yox. Limitə görə futbolçularda arxayınlıq yaranıb. 

- Bugünkü oyunda millimizin heyətində kimləri fərqləndirərdiniz?

- Bizdən heç kimi.

- Yığmada kifayət qədər legioner var. Ümumiyyətlə, əcnəbi futbolçuların milliləşdirilməsinə necə baxırsınız?

- Mən 1993-cü ildən bunun əleyhinə olmuşam. Mən onun tərəfdarıyam ki, U-17-yə gələn əcnəbi, U-21-də də oynayacaqsa gəlsin. Gəlir U-17-yə, itir-batır.

- Necə düşünürsünüz, bu yığmaya ümid bəsləmək olar? 

- Əlbəttə ki, yox. Burda dəyişiklik olmalıdır. Mən futbolçuların çoxunu tanıyıram. Onlarla xarici ölkələrə çox getmişəm. Futboldan söhbət eləmirlər. Futbolla yaşamırlar. Bu, sənin sənətindi. Bunu inkişaf elətdirmək lazımdır. Nəyisə öyrənməlisən. Hər hansı bir yenilik tapmalısan. Ola bilsin, aralarında istedadlı futbolçu var. Onlar da itib-batırlar.

- Belə çıxır ki, Qurban Qurbanovun işi çox çətin olacaq…

- Çoxları düşünür ki, Qurban Qurbanov gəlsə, hər şey düzələcək. Ona kömək etmək lazımdır. Media da kömək etməlidir. Birinci siz. Mən 1993-cü ildə dedim ki, futbolumuzun inkişafının 50 faizi sizdən asılıdı. Düzgün, şəffaf qərar verməlisiniz. Biz hamımız kömək etməliyik. İnkişaf görmək istəyiriksə, hamımız əlimizdən gələni əsirgəməməliyik. İstəmişik, yerrli məşqçi gəlib. Lap yaxşı. Kömək edək.

Elnur SALAHOV

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat