PSJ Konte ilə maraqlanır

Sayta qoyulub: 07:55 10.11.2017 (228 dəfə oxunub)

PSJ "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır.


Komandanın hazırkı çalışdırıcısı Unai Emeri Paris təmsilçisini Çempionlar Liqasının yarımfinal mərhələsinə çıxarmayacağı təqdirdə, klub rəhbərliyi Konte ilə danışıqlara başlayacaq. İtaliyalı mütəxəssisin PSJ-yə keçidi 2018-ci ilin yayında reallaşa bilər.


Qeyd edək ki, A.Konte 2016-cı ildən "Çelsi"ni çalışdırır. Britaniya mətbuatı son zamanlar Konte ilə klub rəhbərliyi arasında fikir ayrılıqları yarandığını iddia edib.

 

 

PSJ Konte ilə maraqlanır

 

 

 

qol.az

XƏBƏR LENTİ