Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Almaniya millisinin baş məşqçisi Renat Dadaşovdan danışdı

Sayta qoyulub: 18:27 09.11.2017 (122 dəfə oxunub)

Almaniya millisinin baş məşqçisi Renat Dadaşovdan danışdı
 

 “İlk oyunda böyükhesablı qələbə qazansaq da, oyuna yaxşı hazırlaşmışdıq”. Bu sözləri Almaniyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Stefan Kuntz deyib.

Bundestim AVRO-2019-un seçmə mərhələsində səfərdə Azərbaycan yığmasını darmadağın (0:7) edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Azərbaycanın yaxşı oyun sərgiləməməsi üçün hər şey etdik. Sözsüz ki, erkəın qol vurduğumuz üçün çox sevindim. Rəqib top saxlamaq istəsə də, buna imkan vermədik. Ümumilikdə komandamdan razıyam. Bu tempi qarşıdakı oyunlarda da saxlamalıyıq”.

- Vaxtıyla millimizin baş məşqçisi olan Berti Foqts Azərbaycanı şahmat ölkəsi kimi təqdim edirdi. Bəs siz 2 oyuna 13 qol vurduğunuz ölkə haqda nə deyə bilərsiniz?

- Mən şahmat oynaya bilmirəm, ölkənizdə necə şahmatçılar olduğundan xəbərsizəm. Hər bir rəqibə hörmətlə yanaşıram, həmçinin də Azərbaycan. Ona görə Azərbaycanın oyunu barədə heç nə deyə bilmərəm.

- İlk oyunda böyükhesablı qələbə qazanmışdınız. Futbolçuları cavab oyununa kökləmək çətin olmadı?

- Komandamızda peşəkar futbolçular var. Dahud və Amiri Çempionlar Liqasında oynamış futbolçulardı. Onlar 80 min azarkeş qarşısında oynaya biliblərsə, deməli, 100 nəfər azarkeş önündə də peşəkarcasına oynamalı idilər.

- Necə düşünürsünüz, Almaniyanın 17 yaşlılardan ibarət komandasının sabiq üzvü Renat Dadaşov Azərbaycan millisini seçməkdə tələməyib?

- Renat barədə məlumatım azdı. Onun haqda əvvəlki baş məşqçi daha dəqiq məlumat verə bilər. Renat Azərbaycan millisini seçibsə, onun fikrinə hörmətlə yanaşmalıyıq.

 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat