Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Kəpəz”in mühasibi faktları açdı: "Nərimanoğluna söz deyəndə deyirdi nə deyirəm, onu elə"

Sayta qoyulub: 18:24 09.11.2017 (53 dəfə oxunub)

 
“Kəpəz”in mühasibi faktları açdı: "Nərimanoğluna söz deyəndə deyirdi nə deyirəm, onu elə"
 
Gəncə klubunun düşərgəsində yaşananlar, maliyyə pozuntularıyla bağlı yeni məqamlar ortaya çıxıb. Klubun mühasibi Mənsurə Məmmədova "Futbol+” qəzetinə müsahibəsin bütün oxları Mikayıl Nərimanoğluna yönəldib.

 

Onun sözlərindən belə aydın olur ki, AFFA-nın "Kəpəz”ə göndərdiyi Nərimanoğlu bütün fırıldaqları və yeyintiləri baş katib Elxan Məmmədovun adıyla bağlayıb, mühasibi aldadıb.
 
Həmin müsahibənin maraqlı məqamlarını sizə təqdim edirik:
 
"Elxan müəllimin qəbulunda oldum. Son olaylarla bağlı söhbətləşdik. Mənə səhvlərdən danışdı. Mən isə ona bildirdim ki, Mikayıl Nərimanoğluna inanmışam. Onu da əlavə etdim ki, həmin şəxsi də siz təyin etmisiz. Belə olan halda mən necə inanmaya bilərəm?
 
Şahin Diniyevin 7 min manat maaş aldığını bilirdim. Amma karta köçürülən 10 min 500 manatdan kimə nə verdiyini bilmirdim. Mənə konkret siyahı gəlirdi. O siyahıya uyğun da pulları kartlara köçürürdüm. Mikayıl müəllimin hər şeydən xəbəri olub. Cabir müəllim də iş tapşıranda bunu Nərimanoğlu ilə razılaşdırmışam. Onun klubda adı gedən, işə çıxmayıb maaş alanlardan məlumatı var idi.
 
Mikayıl Nərimanoğluna nəsə sual verəndə cavabında "mən heç Elxan Məmmədova xəyanət edərəm? Mən inanılmış adam olmasaydım, baş katib məni bu vəzifəyə təyin etməzdi” cavabını eşidirdim. Onu mənə rəhbər qoyublarsa, dediklərini etməyə məcburam. Rəqəmlərdəki fərqi ona deyəndə isə əsəbi formada "Mənsurə xanım, mən sizə nə deyirəm onu edin. Bütün məsələlər "yuxarı” ilə razılaşdırılır” dedi”.
 
Öz növbəmizdə qeyd edək ki, mühasibin sözlərindən sonra Mikayıl Nərimanoğlunun cinayət tərkibli əməllərinə və onun bu fırıldaqları Elxan Məmmədovun adıyla etməsinə şübhə qalmır. Belə yerdə baş katibin də Gəncədə yaşananlardan xəbərsiz olması inandırıcı görünmür. Zaman və aparılan araşdırmalar tezliklə bu sualların da cavabını üzə çıxaracaq.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat