Prosineçki üçün başqa variant

Sayta qoyulub: 10:35 09.11.2017 (232 dəfə oxunub)

Millimizdən ayrılan Robert Prosineçki üçün daha bir iddia ortaya atılıb.Sloveniya yığması ilə danışıqlar aparıldığı söylənilən xorvatiyalı baş məşqçinin adı bu dəfə klubla hallanıb. 48 yaşlı mütəxəssisin Avstriyanın "Ştrum Qraz" komandası ilə danışıqlar masasında olduğu xəbərləri yayılıb. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Məlumatda tərəflərin razılıq əldə etməyə yaxın olduğu qeyd edilib. Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb. 

XƏBƏR LENTİ