Ozobiç məşqlərə başladı

Sayta qoyulub: 09:59 09.11.2017 (180 dəfə oxunub)

Topaz Premyer Liqasının XI turunun noyabrın 4-də keçirilən “Səbail”lə oyunundan (3:1) sonra futbolçularına üçgünlük istirahət verən “Qəbələ” hazırlıqlara başlayıb. Qırmızı-qaralar” bu gün Bakıda bir araya gələrək məşq prosesinə start verib. Məşqlərini paytaxtda gerçəkləşdirən komanda üzvləri öncə fiziki hazırlıq keçib, ardınca toplu çalışmalar yerinə yetirib. Hazırlıq prosesində zədəli Rasim Ramaldanovla Stiven Monroz iştirak etməyib. Bir müddət hazırlıqlardan kənar qalan Filip Ozobiç də məşqlərə start verib. O, fərdi hazırlıqla kifayətlənib. “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda noyabrın 11-də “Zirə”, 12-də “Səbail”lə görüşəcək.

XƏBƏR LENTİ