Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Harri Linekerin ən məşhur sitatları

Sayta qoyulub: 09:41 08.11.2017 (110 dəfə oxunub)

Harri Linekerin ən məşhur sitatları
 
İngiltərə futbolunun əfsanələrindən olan Harri Linekerin ən məşhur sitatlarını nəzərinizə çatdırırıq.
<section class="entry" entry="2649" id="section_0" style="-webkit-tap-highlight-color: transparent; box-sizing: border-box;">

 

* Futbol sadə oyundur: 22 nəfər topun arxasınca qaçır və sonda həmişə almanlar qalib gəlir.

* (Bir neçə il sonra) Futbol sadə oyundur: 22 nəfər topun arxasınca qaçır və sonda almanlar ikitopluq üstünlüyü əldən verir.

* Bu məşqçi Braziliyayla dünya çempionu olmaqla böyük populyarlıq qazanıb. Amma Braziliya ilə nənəm də dünya çempionu olar.

* Bilirəm ki, həyatımda heç vaxt pop-qrupun üzvü olmaram. Düzünü desəm, səsim çox bərbaddır.

* Vardi, sənə çempion komandada qalmağı məsləhət görürəm. Əbədi ikincilərin (“Arsenal”ı nəzərdə tutur) heyətinə keçmə!

* Şənbə, adətən, mənim iş günümdür. Buna görə də həftənin qalan günləri, demək olar, boşam.

* 7 yaşımdan “Lester”in ev oyunlarının bilet abunəçisiyəm.

* Kütlənin içində kimsə sənə tüpürürsə, hay-küy salmaq əvəzinə onu udmaq məsləhətdir.

* Bilirəm ki, sevimli işimlə məşğul olduğuma görə bəxtim çox gətirib. Bunun üçün üzərimdə həddən artıq çox çalışmışam. Ancaq eyni zamanda Tanrı tərəfindən mənə xüsusi istedadın verildiyini də bilirəm. Həyatım möhtəşəmdir!

* Biz hamımız əyləncə biznesinin içindəyik və belə desək, ağacın yuxarısında oturanlar böyük pullar qazanır. Biz bəxtəvərik. Hərçənd bu qədər pula, məsələn, müəllimlərdən və ya dayələrdən daha çox layiq olmadığımızı da dərk edirik. 

* Müasir futbolda yalnız bütün oyunçularını, hətta ehtiyatda oturanları da xoşbəxt etməyi bacaran məşqçilər uğur qazanır.

* Nə vaxtsa yer kürəsinin asteroidlə üzləşmək təhlükəsi olsa, narahat olmayın. Kante bu təhlükəni aradan qaldıracaq.

* Futbolu yalnız pul üçün oynasaz, zirvəyə yüksəlmək üçün şansınız belə olmayacaq.

* Həmişə çalışıram “fantastik” və “aşkar” sözlərindən az istifadə edim. Bunlar televiziya sahəsində çalışanlar üçün çox təhlükəli sözlərdir.

* Məni yalnız vurulan qollar maraqlandırır. Başqa heç nə.

* Həm mən, həm də həyat yoldaşım səyahət etməyi, yeni mədəniyyətlərlə tanış olmağı xoşlayırıq. Yeri gəlmişkən, həyat yoldaşımın bişirdiklərinə söz ola bilməz. Bu xanım həqiqətən də ürəyimə aparan yolun hardan keçdiyini bilir.

* Komanda qalib gələndə məşqçinin hər açıqlaması, hər sözü hamı tərəfindən xoş və müsbət qəbul olunur. Komanda məğlub olanda isə çalışdırıcının eyni addımları hər kəs tərəfindən tənqid atəşinə tutulur.

* Orta yoxdur: sən ya yuxarıdasan, ya da aşağıda.

* Kim nə deyir-desin, “Tvitter”dən istifadə etməyi dayandırmayacam.

* Sən məşqçisənsə, futbolla yaşamalı və futbolla nəfəs almalısan.

* Bu Pepe nə axmaq adamdır? (2016-cı ildə ÇL-in final matçının gedişində yazdığı sitat)

* Dünya Çempionatı hər 4 ildən bir keçirilir. Yəni bu əbədi problemdir.

* Vaxtilə meydanda özümü yaxşı tərəfdən göstərirdim. Ancaq riyaziyyatçı da ola bilərdim. Çünki sudokular və buna bənzər şeyləri çox asanlıqla həll edirdim.

* Hamı lazımi vaxtda lazımi yerdə olmağın vacibliyindən danışır. Amma mənim fikrimi bilmək istəyirsizsə, hər zaman lazımi yerdə olmaq daha yaxşıdır.

* Futbolçuların yaşa dolduqca oyuna münasibəti dəyişmir. Dəyişən tək şey onların yaşı olur.

* Topa əllə toxunursansa, bu artıq həndboldur.

* Messinin özünü sübut etməsi üçün premyer-liqaya keçməsinə ehtiyac yoxdur. Əsas ölçü məhz Çempionlar Liqasıdır.

 

 

Rəşad Yusifov

bombardir.az

</section>

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat