D.Rikkardo: “Ferstappen məndən güclüdür”

Sayta qoyulub: 07:56 08.11.2017 (197 dəfə oxunub)

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, bu mövsüm sıralanma turunda komanda yoldaşı Ferstappendən geridə qalmasının heç bir bəhanəsi yoxdur.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il əksər hallarda Rikkardonu sıralanma turlarında qabaqlayıb.

Daniel Rikkardo: “Maks bu il daha yaxşı iş gördü və ondan geri qalmağımın bəhanəsi yoxdur. Mövsüm ərzində məndən güclü idi. Bolidi yaxşı tanıyaraq performans cəhətdən məndən daha yaxşı nəticələr aldı. Bəzi yarışlardakı bəxtsizliyi onun üçün pis oldu. Mühəndislərdən problemlərin sürüş tərzi ilə bağlı olduğunu soruşdum, amma səbəb bu deyilmiş. Gələn il daha güclü bolidlə yaxşı nəticələr almaq istəyirik”.

XƏBƏR LENTİ