“İtaliyaya qalib gələ bilərik”

Sayta qoyulub: 07:56 08.11.2017 (229 dəfə oxunub)

İsveç millisinin baş məşqçisi Yanne Andersson DÇ-2018-in pley-off mərhələsində İtaliyaya qarşı keçirəcəkləri oyunlardan danışıb. 


Təcrübəli mütəxəssis komandasının istənilən rəqibi üstələyə biləcəyini bildirib:


“Biz seçmə mərhələdə Fransa və Hollandiya ilə birgə ən çətin qrupda yer almışdıq. Orada da layiqli mübarizə apardıq. İtaliya da daxil olmaqla istənilən komandaya qalib gələ bilərik. Əvvəlki oyunlarda güclü rəqiblərlə oyunlarda bunu sübut etmişik. 


Təbii ki. İtaliya zəngin futbol ənənələrinə və güclü heyətə malik komandadır. Rəqib nə qədər güclü, təcrübəli olsa da, biz qorxmuruq”. 


Qeyd edək ki, İsveç noyabrın 10-da İtaliya ilə öz meydanında, 13-də isə səfərdə qarşılaşacaq.

 

 

“İtaliyaya qalib gələ bilərik”

 

 

 

qol.az

XƏBƏR LENTİ