"Real"da penalti yoxdur

Sayta qoyulub: 13:58 07.11.2017 (240 dəfə oxunub)

"Real" bu mövsüm La Liqada indiyə kimi heç bir penalti qazanmayıb.


Bu barədə "Marca" qəzetinin hazırladığı yazıda bildirilib. Qeyd olunub ki, 36 ildən sonra Madrid klubu ilk dəfə ölkə çempionatının ilk 11 turunda penalti qazanmayıb.


Lider "Barselona"dan 8 xal geridə qalan "Real"da hücumçular Kriştiano Ronaldo və Kərim Benzemanın cəmi 1 qol vurduğu vurğulanıb.


Bundan əvvəlki mövsümlərdə "Real"ın ilk 5 turda qazandığı penaltilərin siyahısını dərc edən "Marca" hakimlərin "Atletik" (Bilbao), "Selta" və "Eybar"la qarşılaşmalarda penalti təyin etmədiyini yazıb.

 

"Real"da penalti yoxdur

 

 

 

qol.az

XƏBƏR LENTİ