AFFA Rəhim Həsənovu cəzalandırdı

Sayta qoyulub: 13:57 07.11.2017 (204 dəfə oxunub)

Bildiyiniz kimi, "Kəpəz" - "Qarabağ" matçında Rəhim Həsənov "Qarabağ"ın qapısına yalnış penalti, İbrahim Şehiçə isə sarı vərəqə göstərmişdi. Yalnız Oseqey hakimə qayda pozuntusu olmadığını deyəndən sonra Rəsənov penaltini və sarı vərəqəni ləğv edib. Buna baxmayaraq FİFA referisi olan Həsənovun səhvi kobud səhv kimi qeydə alınıb. Məhz buna görə AFFA onu cəzalandırıb. Məlum olduğu kimi, bu həftə Premyer Liqada tur olmadığı üçün FİFA referiləri I Diviziona təyinat alıb. Əliyar Ağayev, Orxan Məmmədov, eləcə də Premyer Liqa hakimləri Rauf Cabbarov, İnqilab Məmmədov. Lakin Rəhim Həsənova təyinat verilməyib. Güman ki, ona növbəti həftə Premyer Liqada da təyinat verilməyəcək.

XƏBƏR LENTİ