Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Qarabağ"dan heç kim mənə təzyiq göstərmədi” – Viktor Oseqeyl

Sayta qoyulub: 09:21 07.11.2017 (81 dəfə oxunub)

“Hakimin qərarından sonra ona yaxınlaşdım və penalti olmadığını söylədim. Çünki əsl həqiqət bu idi”. Bu sözləri “Kəpəz”in hücumçusu Viktor Oseqeyl deyib. Topaz Premyer Liqanın 11-ci turunun “Qarabağ”la ev oyununun 17-ci dəqiqəsində İbrahim Şehiçlə üz-üzə qalan nigeriyalı hücumçu qapıçını keçmək istərkən yıxılıb. Matçın baş hakimi Rəhim Həsənov epizodu penalti kimi dəyərləndirib. Lakin qonaq komandanın futbolçularının etirazından sonra Oseqeyl hakimə yaxınlaşaraq, ona toxunuş olmadığını bildirib. Bundan sonra Həsənov 11 metrlik cərimə zərbəsini ləğv edib. Oseqeyl həmin epizodda heç kimin ona təzyiq göstərmədiyini, hakimə öz istəyilə yaxınlaşdığını və penalti olmadığını söyləyib:

“Bu oyunun bizim üçün nə qədər önəmli olduğunu bilirdim. Amma karyeramın ləkələnməsinə imkan verə bilməzdim. Onsuz da oyundan sonra videotəkrara baxanda hər şeyi görəcəkdilər. Düzdür, hakim penalti nöqtəsini göstərəndə sevindim. Bu da normal haldır. Ancaq bir neçə saniyədən sonra bu haqda düşündüm və fikrimi dəyişdim. Bunun üçün kimsə mənə təzyiq göstərmədi. Hər şeyi öz istəyimlə etdim”.

AFFA Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsini məlumatlandıracaq. Futbolçu federasiyanın qərarını müsbət qarşıladığını bildirib: “Bu, çox yaxşı haldır. Qoy, insanlar bilsinlər ki, futbol sadəcə bir oyundur".

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat