Devid Moyes "Vest Hem"də

Sayta qoyulub: 07:32 07.11.2017 (202 dəfə oxunub)

"Vest Hem"in yeni baş məşqçisi müəyyənləşib.


Komandanı mövsümün sonuna kimi Devid Moyes çalışdıracaq. Şotlandiyalı mütəxəssisin təyinatının sabah rəsmən elan ediləcəyi gözlənilir.


Qeyd edək ki, "Vest Hem" bu gün baş məşqçisi Slaven Biliçlə yolları ayırıb.


Əlavə edək ki, D.Moyes ötən mövsüm "Sanderlend"i çalışdırıb. O, 2013-2014-cü illərdə "Mançester Yunayted"də işləyib.

 

 

Devid Moyes "Vest Hem"də

 

 

 

qol.az

XƏBƏR LENTİ