Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Andres İnyesta: uşaqlığı , karyerası , şəxsi həyatı

Sayta qoyulub: 07:29 07.11.2017 (105 dəfə oxunub)

Dahi futbolçu, “Barselona” klubunun rəmzi, İspaniya yığmasını dünya çempionu edən şəxs, əsl sehrbaz və gözəl insan. İnyestanı bu sözlərlə təsvir etmək olar. Gəlin tarixin ən yaxşı yarımmüdafiəçilərindən birinin karyerasını yenidən xatırlayaq.
<section class="entry" entry="2623" id="section_0" style="-webkit-tap-highlight-color: transparent; box-sizing: border-box;">

 

Andres 1984-cü il mayın 11-də İspaniyanın Albasete əyalətindəki Fuentealbilya munisipalitetində fərqli restoranlarda işləyən ofisiantlar – Xose Antonio İnyesta ilə Mariya Luxanın ailəsində dünyaya göz açır. Uşaq yaşlarında “Albasete” klubunun akademiyasında oynamağa başlayır. İlk vaxtlarda futbola elə də ciddi yanaşmır, dostlarıyla birgə top qovmaq onun üçün hobbi sayılır. Ancaq 12 yaşı olarkən vəziyyət dəyişir. “Barselona”nın skautlarının maraq dairəsinə düşən İnyesta klubun akademiyasına dəvət alır. Yarımmüdafiəçiyə həmçinin “Real Madrid” də təklif göndərir və hətta şayiələrə görə, Andres əvvəlcə ora keçməyi üstün tutur. Amma ailəsi “blauqrana”nın xeyrinə seçim edir. Səbəb “Barsa”nın akademiyasının daha əlverişli yerdə yerləşməsi olur.

Futbolçu “La Masiya”da özünü çox yaxşı tərəfdən göstərir və cəmi 4 ildən sonra “Barselona B” komandasına düşür. Çox keçmədən Xosep Mariya Qonsalvonun başçılıq etdiyi kollektivin liderinə çevrilən İnyesta 2001-ci ildə İspaniyanın 16 yaşadək futbolçulardan ibarət yığmasına çağrılır. Komanda həmin il Avropa Çempionatının qalibi olur, Andres isə turnirdə gözəl oyunla yadda qalır. Təbii ki, bu uğurları diqqətsiz qalmır və 17 yaşlı futbolçu “Barselona”nın əsas komandasına dəvət alır. Maraqlıdır ki, yarımmüdafiəçi ilk məşqdən əvvəl paltardəyişmə otağını tapa bilmir və bütün bunların zarafat olduğunu zənn edərək bazanı tərk etmək qərarına gəlir. Ancaq xoşbəxtlikdən çıxışda Luis Enrike ilə qarşılaşır.

2002-ci il oktyabrın 29-u. İnyesta bu tarixi heç vaxt unutmayacaq. Axı o məhz bu gün ilk dəfə “Barselona”nın heyətində Çempionlar Liqasında “Brügge”yə qarşı debüt edir. Həmin matçda 15 dəqiqə meydanda olur. Andres 2002-ci ildə İspaniyanın 19 yaşadək futbolçulardan ibarət komandasında qitə birinciliyində də mübarizə aparır. Bir il sonra ölkəsinin U-20 komandasıyla Avropa Çempionatının finalında oynayır və hətta turnirin rəmzi yığmasına da düşməyi bacarır. Artıq 2003-cü ildə isə yarımmüdafiəçi U-21-in kapitanı olur!

Həmin vaxt “Barselona”nın baş məşqçisi postuna Frank Raykaard təyin olunur. 2003/04 mövsümündə İnyesta əsas komandanın üzvünə çevrilir. O daha çox Ronaldinyonun əvəzləyicisi kimi yadda qalır. La liqanın 11 matçında oynayan Andres ilk qolunu “Valyadolid”in qapısına vurur. Futbolçu növbəti mövsümdə start heyətdə möhkəmlənir və 36 oyunda iştirak edir. Cəmi 2 qol vurmasına baxmayaraq, orta xətdə böyük həmcdə iş görür. 2005/06 mövsümündə Xavinin zədələnməsindən sonra İnyesta yarımmüdafiənin əsl liderinə çevrilir. O, primerada 33, Çempionlar Liqasında isə 11 oyun keçirir. Həmin “futbol ili” həm “Barsa”, həm də futbolçu üçün çox uğurlu alınır. “Blauqrana” La liqa və İspaniya Superkubokundan başqa həmçinin qitənin ən nüfuzlu klub turnirinin də qalibi olur. “Stad de Frans”dakı finalda katalonlar “Arsenal”a 2:1 hesabıyla qalib gəlir. Bundan sonra Andres əsas yığmaya dəvət alır və Rusiya ilə yoldaşlıq matçında debüt edir. Dünya Çempionatında isə Səudiyyə Ərəbistanıyla oyunda meydana çıxır.

Növbəti iki mövsüm “Barselona” üçün uğursuz alınır. Komanda bu müddət ərzində yalnız İspaniya Superkubokunu qazanır. 2007-ci ildə Lüdovik Jülinin “blauqrana”nı tərk etməsindən sonra 8 nömrəli futbolka İnyestaya verilir. Bir il sonra Raykaard da “Barsa”dan gedir. Yığma üçün triumfal AÇ-2008-də yarımmüdafiəçi özünü əla tərəfdən göstərir və turnirin rəmzi komandasına düşür.

2008-ci ilin yayında Xosep Qvardiolanın “Barselona”nın baş məşqçisi postuna gəlməsiylə klubun tarixində qızıl dövr başlayır. Onun rəhbərliyi altında katalonlar ardıcıl 3 dəfə ölkə çempionluğunu qazanır. “Göy-qırmızılar” eyni zamanda iki dəfə ÇL-in, İspaniya Kubokunun, Klublararası Dünya Çempionatının və Avropa Superkubokunun qalibi olur. İnyestanın bu uğurlardakı rolu danılmaz olur.

Yeri gəlmişkən, Qvardiola İnyestanın uşaqlıq kumirlərindən biridir: “Kiçik yaşlarımda Qvardiola və Laudrupun oyununu diqqətlə izləyirdim. Həmişə bu iki futbolçuya bənzəmək, meydanda onların hərəkətlərini təkrarlamağa çalışmışam. İndi gənclər mənim oyunuma diqqətlə baxırsa, deməli, hər şeyi doğru edirəm”.

Andres karyerası ərzində çoxlu qol vurmasa da, 2010-cu ildə bütün İspaniyaya sevinc bəxş edən topun müəllifi olur. Yarımmüdafəçi DÇ-2010-nun finalında əlavə vaxtda rəqib qapısına yol tapandan sonra gözəl jestlə də yadda qalır. Belə ki, İnyesta qolun ardından üzərində “Dani Xarke həmişə bizimlədir” yazılan maykanı nümayiş etdirir (Xarke 2009-cu ilin yayında meydanda ürəktutmadan dünyasını dəyişib). Bu hərəkətinə görə Andres təkcə İspaniyada deyil, bütün dünyada böyük hörmətə sahibdir.

İnyesta 2010-cu ildə Messidən sonra dünyanın ən yaxşı ikinci futbolçusu seçilir. Ancaq əksər azarkeşlərin fikrincə, o mövsümdə “Qızıl top” Leoya deyil, məhz yarımmüdafiəçiyə verilməli idi. Andres yığmanın heyətində həmçinin AÇ-2012-nin də qalibi olur. İspaniya finalda italiyanları 4:0 hesabıyla darmadağın edir. İnyesta isə turnirin ən yaxşı futbolçusu adına layiq görülür. O, həmin il UEFA-nın versiyasına görə də ilin oyunçusu seçilir. Andres növbəti mövsümlərdə 3 dəfə İspaniya çempionatının və ölkə kubokunun, eyni zamanda bir dəfə ÇL-in qalibi olur.

İnyesta karyerası ərzində qazandığı pulu şərabçılıq biznesinə yatırıb. Yarımmüdafiəçi doğma Fuentealbilya munisipalitetində xeyli üzüm bağlarına sahibdir. Futbolçu kimi populyarlığı isə “Bodega Iniesta” adlı şərab brendinin inkişafına çox kömək edir.

Andres həyat yoldaşı Anna Ortislə dostlarının təşkil etdiyi şənlikdə tanış olub. Təbiətcə utancaq olan futbolçu uzun müddət xanıma yaxınlaşa bilməyib. Nəhayət, günlərin birində Annanı görüşə dəvət edib. 2011-ci il aprelin 3-də cütlüyün Valeriya adlı qızı dünyaya gəlib. 2012-ci il iyulun 8-də Andresla Anna evlənib. 2014-cü il martın 7-də İnyestalar ailəsində faciə baş verib. Belə ki, həyat yoldaşı uşağını itirib. 2015-ci il mayın 31-də yarımmüdafiəçinin Paolo Andrea doğulub. Bu ilin mayın 16-da isə futbolçu 3-cü dəfə ata olub (ikinci qızının adı Sienadır).

Hazırda İnyestanın 33 yaşı var. O, “Barsa”nın heyətində 600-dən çox oyun keçirib, 56 qol vurub və 108 məhsuldar ötürmə verib. Futbol tarixinə adını qızıl hərflərlə yazdıran yarımmüdafiəçi həmişə qalmaqallardan uzaq olduğuna görə bütün azarkeşlərin hörmətini qazanıb. Təəssüf ki, Andres yaxın gələcəkdə peşəkar karyerasını bitirməli olacaq. Ümid edək ki, məşqçi kimi də uğurlar qazanacaq.

 

Andres İnyesta: uşaqlığı , karyerası , şəxsi həyatı

 

bombardir.az

</section>

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat