Futbolçumuz Çexiyada dubl etdi

Sayta qoyulub: 20:31 06.11.2017 (191 dəfə oxunub)

Futbolçumuz Çexiyada dubl etdi

Çexiyanın u-21 liqasının 14-cü turunda növbəti oyunlar keçirilib. Həmyerlimiz Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya” növbəti matçına çıxıb. Praqalılar evdə “Slovan”la qarşılaşıb. Matç meydan sahiblərinin 4:2 hesablı qələbsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Fərid Nəbiyev bu görüşdə dubl edib. O, hesab 2:2 olarkən 74 və 86-cı dəqiqələrdə komandasına qələbə gətirən qolları vurub. Qeyd edək ki, Nəbiyev cari mövsümdə daha əvvəl də 2 dəfə fərqlənmişdi.

 

XƏBƏR LENTİ