Makelele Belçika klubunda

Sayta qoyulub: 15:22 06.11.2017 (197 dəfə oxunub)

Fransa millisinin və "Real"ın sabiq üzvü Klod Makelelenin yeni klubu bəlli olub.


Veteran yarımmüdafiəçi Belçikanın "Eypen" klubunu çalışdıracaq.


Klubun rəsmi saytı 44 yaşlı məşqçinin noyabrın 7-dən işinə başlayacağını açıqlayıb.


“Eypen” 14 turdan sonra 10 xalla sonuncu – 14-cü pillədə qərarlaşıb.


Qeyd edək ki, Makelele buna qədər PSJ və “Suonsi”də köməkçi məşqçi, “Bastiya”da isə baş məşqçi kimi çalışıb.

 

Makelele Belçika klubunda

 

 

 

qol.az

XƏBƏR LENTİ